Hökumət Elmar Hüseynovun xanımına təzminat verəcək: 30 min AVRO
Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib. Cebhe.info xəbər verir ki, bunu vəkil Əsabəli Mustafayev deyib. Onun sözlərinə görə, Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli barədə Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb: “Konpensasiya mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro təşkil edib. Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib. 23 iş üzrə kompensasiyaların cəmi 360 000 avro təşkil edir”.