Media rəhbərlərinin 80 faizi KİŞİDİRSƏ...
Bunu Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin müdiri Nemət Cavadov deyib. Nemət Cəfərovun sözlərinə görə, media cəmiyyət həyatında mühim rol oynayır: "Mediada olan qadın jurnalistlər də qadınların ehtiyaclarını daha yaxşı bilir". Nemət Cavadov qeyd edib ki, qadınlarla bağlı müəyyən verilişlər sosial problemlərlə bağlı olur: "Bu verilişlər qadınların gücünü yox, cəmiyyətdə əzilməsini nümayiş etdirir. Həftə ərzində sosial problemlərin həllinə yönələn 38 saat verliş olur. Təəssüf ki, bu tip verilişlərin bəzisində insanların problemləri üzərində şou yaradılır. Qadınların cəmiyyətdəki yeri ahqqında verilişlər önə çıxmalıdır. Bu mövzuda 30 saatlıq verilişlər hazırlanır. İstərdik daha çox olsun".Hazırda Azərbaycanda jurnalistlərin 60-70 faizi qadın olsa da, rəhbərlərin 80 faizi kişilərdir. Təəssüf ki, bu sahədə gender bərabərliyi qorunmur.