Jurnalist Kamran Mahmudov SAXLANILIB

İyunun 22-də jurnalist Kamran Mahmudov Gürcüstana gedərkən saxlanılıb. 

Modern.az xəbər verir ki, bu barədə «Facebook» sosial şəbəkəsində vəkil Cavid Rzazadə yazıb.

“Kamran Mahmudovu Gürcüstana mənimlə birlikdə gedərkən sərhəddə saxlayıb Qazax Rayon Polis İdarəsinə apardılar. İlkin olaraq deyildi ki, Kamran axtarışdadır”, – vəkil yazıb.

Vəkilin yazdığına görə, jurnalist müvəqqəti saxlanma kamerasına aparılıb.

«Kamranın üzərindən 127 manat pul, plastik kartlar və digər şəxsi əşyalar aşkar edilib götürüldü. Şəxsi axtarış hal şahidlərinin və mənim vəkil olaraq iştirakım olmadan aparıldı», – vəkil yazıb.

K.Mahmudov “Azadlıq” radiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra «Kanal 13» internet televiziyasında çalışırdı. 

“Azadlıq” radiosunun məlumatına görə, Qazax Rayon Polis Şöbəsindən bildiriblər «Kamran Mahmudov saxlanıb və Qazax Rayon Polis Şöbəsinə gətirilib. İndi araşdırma gedir».

Polis əməkdaşı deyib ki, K.Mahmudovun saxlanma səbəbi ölkədən çıxışına yasaq qoyulması ilə bağlıdır:

 






Fikirlər