İcra Hakimiyyəti bir qrup ahıl, veteran və şəhid ailəsini istirahətə göndərdi - FOTOLAR

Nəsimi rayon İcra Hakimiyyəti bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlilləri istirahətə göndərib.

AzerTaym.az xəbər evrir ki, İcra Hakimiyyəti tərəfindən iyulun 7-də ayrılmış xüsusi avtobus bir qrup veteran, əlil, şəhid ailəsi və ahıları Pirşağı qəsəbəsindəki İstirahət Mərkəzinə aparıb. 

Bununla bağlı keçirilən görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları və şəhid analarını salamlamış, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ahıl insanlara, veteranlara,şəhid ailələrinə, əlillərə, az aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışıb. 

Gülarə Verdiyeva bildirib ki, bu gün dövlət ahıl, əlil və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, mənzil, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir:

"Bu da xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir. Göründüyü kimi, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Sözsüz, dövlətimizin başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən, ahıllar, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir".
Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov, şəhid anası Lətifə Novruzova və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət zamanı veteranlar bildiriblər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik onları çox sevindirir. Bakı şəhərinin və regionların günügündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir.

Nəsimi rayonu ahılları, müharibə veteranları və şəhid ailələri Pirşağı qəsəbəsində istirahət etdilər 

Fikirlər