Azərbaycanlı nazirdən ŞOK ADDIM: İrəvanda “soyqırımı abidəsi”nə BAŞ ƏYDİ, sonra... - FOTO
Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək, qondarma "erməni soyqırımı” abidəsinin önündə baş əyib. Publika.az xəbər verir ki, R.Moridi "soyqırımı abidəsi”ni ziyarət edərkən, bundan böyük zövq aldığını dilə gətirib.
"23 avqustda Ermənistanda "erməni soyqırımı muzeyi”ni ziyarət etdim. Bir əsr öncə erməni xalqının "faciəvi itkisi”ni anmaqdan böyük qürur duydum. Bundan başqa, "anma kitabı”nı imzalamaq qürurunu da yaşadım”, - deyə o bildirib.
Bu sözlərin müəllifi Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub, əslən azərbaycanlı olduğunu gizlətmir. Kanadada Ontario əyalətinin parlamentinə üzv seçilməsində həmin əyalətdə yaşayan türklər və azərbaycanlıların səsi böyük rol oynayıb. Dəfələrlə Bakıda səfərdə olub. Azərbaycanın təhsil naziri tərəfindən yüksək səviyyədə qəbul olunub, Bakı Dövlət Universitetinin fəxri diplomunu alıb, eləcə də Odlar Yurdu Universitetinin fəxri doktoru adına layiq görülüb. Onun sosial şəbəkə hesabında Bakıda çəkdirdiyi çoxsaylı fotoları və Azərbaycana aid fikirləri yer alır. (https://www.facebook.com/rmoridi/?fref=ts&hc_location=ufi).
Azərbaycanın azərbaycanlı olan Reza Moridiyə dəstək verməsi lobbiçilik siyasəti baxımından əhəmiyyətli addımdır. Lakin Moridinin İrəvanda "erməni soyqırımı”nın qarşısında boyununu bükməsi "günah kimdədir?” sualını ön plana çıxarır: Əsas günahkar təbii ki, Moridinin özüdür. Yəni azərbaycanlı qanına məxsus bir şəxsin rəsmi Bakının ciddi dəstəyinə rəğmən, ermənilərin önündə baş əyməsi onun ən yaxşı halda stabil əqidəyə sahib olmadığını göstərir.
Baskların Qarabağ "sevgisi”, operaçı Kabalye və ya biz nədə səhv etdik?- Təhlil
Amma Azərbaycanın seçimində yanlış olduğu faktoru da unudulmamalıdır. Belə demək mümkünsə, "Kabalye sindromu” hələ də davam edir və lobbiçilik siyasətimizdə yanlış "ata oynayırıq”.