"Salamnews"un baş redaktoru işdən ÇIXARILDI

"SalamNews" İnformasiya Agentliyində kadr dəyişikliyi edilib.

AzerTaym.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, agentliyin şef redaktoru Rəna Əkbərova tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, R.Əkbərova 2010-cu ilin may ayından 2017-ci ilin sentyabr ayına qədər "SalamNews" İnformasiya Agentliyində şef-redaktor vəzifəsini icra edib.
"SalamNews"dan Unikal.org-a verilən məlumata görə, R.Əkbərova məzuniyyətə gedib.
Xatırladaq ki, "İnteraz" telekanalında da kadr islahatları aparılıb. Tanınmış jurnalist Rəşad Abbasov "İnteraz"ın xəbərlər departamentinin baş redaktoru təyin edilib.

 






Fikirlər