Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir.
16 noyabr 2017-ci il tarixində növbəti tur-aksiyada rayon məktəblərinin ən qabaqcıl, fəal 40 şagirdinin Lənkəran-Masallı-Astara bölgəsinə yolasalınma mərasimi keçirilib.
Öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülərək onun əziz xatirəsi yad edilib.
Yolasalma mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova belə tur-aksiyaların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin səfər etdikləri bölgələrdə Heydər Əliyev mərkəzlərini, parkları, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini və digər görməli yerləri ziyarət edəcəklərini, bunun isə onların dünyağörüşlərinin artırılmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıraraq tur-aksiya iştirakçılarına uğurlu yol diləyib.
Yolasalma mərasimində 250 nömrəli tam orta məktəbin şagirdi Fəridə Bayramlı belə bir tur-aksiyanın təşkilinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, tur-aksiyaların onların ölkəmizin bölgələri haqqında biliklərini zənginləşdirəcəyini və onlara yeni dostlar qazandıracağını söyləyib.
17 nömrəli Uşaq poliklinikasının həkimi Həmidə Əliəvsərova isə əvvəl iştirak etdyi tur-aksiyalar haqqında öz xoş təəssüratlarını bölüşüb.
Yolasalma mərasimi Nizami Rayon Mədəniyyət Mərkəzi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkil etdiyi konsert proqramı ilə davam edib.
Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara bölgəsinə yola düşüblər.
Fikirlər