Dini radikalizmlə bağlı TƏDBİR KEÇİRİLDİ

Dini radikalizmlə bağlı tədbir keçirildi

Nərimanov Rayon İcra Hakimiyyətində “Dini radikalizm və ekstremizmlə bağlı birgə fəaliyyətin gücləndirilməsinə və  maarifləndirmə işlərinə dair 2018-ci il Tədbirlər Planı”na əsasən “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

AzerTaym.az xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, sözügedən komitənin və Qafqaz Müsəlmanları İdrarəsinin nümayəndələri, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, Nərimanov, Nəsimi və Yasamal rayonlarının icra hakimiyyətləri, dindarlar iştirak edib. 

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov tədbirdə deyib ki, dünyanın bir çox ölkələrində dini, siyasi qarşıdurmaların və iğtişaşların hökm sürdüyü bir zamanda Azərbaycanda tolerant, multikultural və həmrəylik dəyərləri təbliğ olunur. O, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edib. 

Maarifləndirici tədbirlərin xüsusi əhəmiyyətinə toxunan natiq, Nərimanov rayondundakı dini vəziyyətə dair geniş məlumat verərək, müxtəlif xalqların yüzilliklər ərzində dinc və mehriban şəraitdə yaşadığı respublikamızın bütün bölgələrində olduğu kimi, Nərimanov rayonunda da dini durumun sabit olduğunu qeyd edib.


Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov  çıxış edərək Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsindən danışıb. 

Respublika Baş Prokurorluğunun İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini Oqtay Tağıyev  və digərrləri radikalizm əleyhinə görülən tədbirlər barədə məlumat veriblər. 

 

 






Fikirlər