“AZƏRİŞIQ” ASC-də iclas: Baba RZAYEV NƏLƏRDƏN DANIŞDI...
Prezident İlham Əliyevin “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan son konfransda çıxışından irəli gələn vəzifələrlə bağlı “Azərişıq” ASC-nin mərkəzi binasında geniştərkibli iclas keçirilib. “Azərişıq” ASC-nin sədri Baba Rzayev iclasda çıxış edərək bildirlb ki, cənab Prezident elektroenergetika sahəsinə xüsusi diqqətinin sayəsindədir ki, 2003-cü ildən bu yana Respublikanın generasiya gücü fantastik həddə - 3000 MVA artırılıb. Regionların 2014-2018-ci illlərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında xüsusi yeri tutan sahələr arasında qeyri-neft sektorunun inkişafına yönəlmiş sosial, iqtisadi, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələri tutduğunu deyən Baba Rzayev həmin sahələrin elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlərə görüldüyünü vurğulayıb.
“Sırf kənd təsərrüfatının inkişafına yönəlik Hacıqabul, Goranboy, Salyan rayonlarında 110 və 35 kV-luq yarımstansiyalar tikilib və yüksək gərginlikli hava xətləri çəkilib. Eyni zamanda Ağcabədi, Biləsuvar, İmişli, Kürdəmir, Qobustan, Şabran, Şəmkir, Tovuz, Yevlax, Ucar, Füzuli və Goranboy rayonlarının ərazilərində yaradılan 14 ədəd yeni Aqroparkların elektrik təchizatlarını həyata keçirmək üçün hazırlıq işləri tam başa çatdırılıb. Bu gün regionlarda 9 minə yaxın melorasiya, su təsərrüfatına aid nasosxana və subartezan quyuları var ki, onların elektrik enerjisi ilə təchizatı üçün qısa müddətdə lazım gələn bütün tədbirlər görülür, yeni KTM-lər qurlaşdırılır, TM-lər təmir olunur, hava xətləri yenilənir”-Baab Rzayev çıxışında bildirib. Daha sonra Baba Rzayev “Azərişıq” ASC yaradıldıqdan sonra regionların sosial-iqtisadi inkişafı, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlərin statistikasını açıqlayıb. - Bölgələrdə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Regionlardakı yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədiylə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. 3 mindən artıq yeni 10-6 kV-luq TM və KTM qurlaşdırılıb. 20 min km-ə yaxın müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. 350 min ədədə yaxın dayaq basdırılıb. 300 min elektron tipli sayğac quraşdırılıb. Abonentlərin enerji uçotuna dair məlumatlarının şəffaqlığını təmin etmək məqsədiylə Rayon Elektrik Şəbəkələrinin inzibati idarələrinə 155 km-dən çox optik kabel çəkilərək mərkəzi idarəetmə sistemi qurulub. Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılmaqdadır. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2017-ci ilin bu gününə qədər 12.000 MVA-ya qədər yüksəldilib. Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər 15,1 %-dən 10,1%-ə endirilib. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 91,6%, Regionlar üzrə isə 85% təşkil edir. Təqdirə layiq hal ondan ibarətdir ki, 2017-ci ildə artıq “Azərişıq” ASC alınan faydalı elektrik enerjisinin dəyəri 100 faiz ödənilib. “Azərişıq” ASC-nin sədri “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN” kommunal mərkəzləri ilə birgə fəaliyyətdən də danışıb. Bildirib ki, hazırda abunəçilər “ASAN xidmət” və “ASAN” kommunal mərkəzlərində 10-dan artıq xidmətlərdən yararlana bilirlər. “Azərişıq” ASC sədrinin çıxışından sitat: “Cənab prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərdən biri sahibkarlıq fəaliyyətinə təkan verməkdir ki, bununla bağlı “ASAN” xidmətlə əməkdaşlıq nəticəsində kifayət qədər ciddi naliyyətlər əldə olunub. Digər tərəfdən “ASAN” xidmətlə həyata keçirilən işlər, elektrik şəbəkəsinə qoşulma prosedurunun sadələşdirilməsi və müddətin qısaldılması “Doing bisness”in qiymətləndirmə tələblərindən irəli gələn məsələlərdir. “Azərişıq” ASC bu məsələni prioritet saxlamaqla durmadan yeniliklər edir. Artıq regionlardakı “ASAN” xidmət mərkəzlərində əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması üçün daha sadələşdirilmiş və tez müddətdə prosedurlar həyata keçirilir”.
Baba Rzayev sonra qeyd edib ki, prezidentin ötən ilin 22 dekabr tarixində imzaladığı sərəncamla külək enerjisindən istifadənin səmərəliliyinin artırılması, habelə külək enerjili elektrik qurğularının elektrik şəbəkəsinə inteqrasiyasının test variantında tam sınaqlarının keçirilməsi məqsədi ilə Yeni Yaşma və Şurabad Külək Elektrik Parklarının “Azərişıq” ASC-nin balansına verməsi həm Səhmdar Cəmiyyət kollektivinə böyük etimadı göstərir, həm də bizim məsuliyyətimizi artırır. “Əminik ki, kollektiv ona göstərilən bu etimadı layiqincə doğruldacaqdır»-o vurğulayıb. Daha sonra “Azərişıq” ASC-nin Texniki Departamentin direktoru Ziyəddin Quliyev, İnkişaf və İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov, Tədris Mərkəzinin direktoru Vüqar Əliyev, Perspektiv İnkişaf və “Asan Xidmət”lə iş İdarəsinin rəisi Elsevər Rüstəmli, Azərişıq ASC-nin Şimal, Şimal-Qərb, Aran, Mərkəzi-Aran RETSİ-lərinin rəisləri də görülən işlərlə bağlı hesabat veriblər. Hesabatlar dinlənildikdən sonra, müzakirələr aparılıb, tapşırıqlar verilib. “Azərişıq” ASC-nin mətbuat xidməti