Bakıda cərrah 2 yaşlı uşağı az qala öldürürdü – Valideynləri xilas etdilər- ŞOK İDDİA – FOTO
Bakının məhşur klinikasında cərrah əməliyyat etdiyi uşağın boğazında yad əşya qoyub. "AzerTaym.az" xəbər verir ki, şikayətçi Günel Əzəzzadə criminal.az saytına bildirib ki, bacısının 2 yaşlı oğlu Amin Ələkbərzadə 14 gün əvvəl ''Lanset'' klinikasında cərrah Elşən Hacıyev tərəfindən boğazından əməliyyat olunub. Bir neçə gün sonra uşağın halı pisləşib. Valideynləri həmin E.Hacıyevə uşağın vəziyyəti ilə bağlı məlumat versələr də, o bunun təbii hal olduğunu bildirib. Bu gün uşağın vəziyyəti daha da pisləşib. Uşağın boğulduğunu görən valideynləri onun boğazından tampon çıxarıblar. Klinikanın baş həkimi isə valideynlərə bildirib ki, həkimin səhlənkarlığına cavabdeh deyil. Əlavə edib ki, cərrah E.Hacıyev ''Lanset'' klinikasında müqavilə ilə işləyir və buna görə haqq ödəyir.