BAŞ REDAKTOR məhkəmə ZALINDAN AZADLIĞA buraxılıb

mehkeme-chekic

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
İttihamda qeyd olunub ki, A.Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul almaqda ittiham olunur.
Rəsmi məlumata görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində “İrəvan Press” qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.
Məhkəmədə elan olunmuş ittiham üzrə A.Abbasov öözünü qismən təqsirli bildiyini söyləyib: “Ola bilər kimisə səhvən hədələmişəm”.
Xatırladaq ki, “İrəvan Press” qəzeti və saytının redaksiyası Azərbaycan Nəşriyyatında yerləşir.






Fikirlər