"Reket jurnalistika" ilə məşğul olan "İrəvan Press" qəzetinin baş redaktoru HƏBS EDİLİB

"İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasov hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunaraq həbs edilib.

Trend-in məlumatına görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.A.Abbasovun "reket jurnalistika" ilə məşğul olması barədə daha öncə də mediada məlumatlar yayımlanmışdı. Etibarlı mənbədən alınmış məlumata görə, A.Abbasovun həbsi DTX-də "reket jurnalistika"ya qarşı aparılan əməliyyat-istintaq tədbirlərinin davamıdır.Qeyd edək ki, "İrəvan Press" qəzeti və saytı Azərbaycan Nəşriyyatında yerləşir və orada zəruri istintaq tədbirləri keçirilib.






Fikirlər