"Nə günahı olub ki, 14 bıçaq zərbəsi ilə vəhşicəsinə qətlə yetirildi?Hələ də ŞOKDAYAM"
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bərdədə xanəndə dostunu 14 bıçaq zərbəsi ilə qətlə yetirib, sonra isə özünü su kanalına atıb və boğulub. AzerTaym.az xəbər verir ki, xanəndələrin ölümü haqda müğənni Kərim Abbasov bunları deyib: "Bu muğam ifaçılarının nə günahı olub ki, 14 bıçaq zərbəsi ilə vəhşicəsinə qətlə yetirildi? İkisini də öldürdünüz. Niyə? Bildiniz ki, toydan gəlirlər, biraz ciblərində pul var ona görə? Elnarə Abdullayeva efirdə deyir ki, müğənninin yanında niyə cangüdən olmalıdır? Elnarə xanım, millətin hamısı sizin düşündüyünüz kimi normal deyil. Manyakı var, xəstəsi var, atasını-anasını öldürən var, bacısını zorlayan var. Ona görə də sənətçinin yanında dostu-tanışı olmalıdır. Sabah belə iş hamının başına gələ bilər. Yazıqlar heçnədən getdilər. Hələ də şokdayam", -deyərək kədərini bu sözlərlə ifadə edib. O, daha sonra əmakdar artist, xanəndə Elnarə Abdullayevaya müraciət edərək deyib: "Elnarə xanım, sizin düşündüyünüz insanlar 50 il bundan öncəki insanlardır. Hansı ki, o vaxt hərkəs saf və dürüst idi. Hansı ki, o vaxt (sənə atdım) anlamı yox idi. Elnarə xanım, kimlərinsə sənə şərhlərdə "sənə halaldır" yazmasına görə belə şeylər demək lazım deyil. Mən həyatımı kimlərinsə gözündə sadə biri kimi göstərib, özümü bədbəxt edə bilmərəm. Mənim balam böyüyür, ona lazımam. Sizə də məsləhətim budur ki, heç kimi qınamayın. Kim cangüdən tutur və ya kimin telefonuna meneceri cavab verir, əcəb edir. Cibinin puluna tutur. Və sənətçi o insanı dolandırırsa, deməli Azərbaycanda işsiz olan bir insan azalır və o insanda o pulu ailəsinə, balasına aparır. Sadəlik cangüdənlə və ya menecerlə ölçülmür. Ehtiyat igidin yaraşığıdır. Allah sizə rəhmət eləsin". Qeyd edək ki, ötən gün xanəndə Miryusif Mirizadəni yaxın dostu, həmkarı Novruz Hüseynov qətlə yetirib. O, həmkarını 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədinin Qiyaməddinli kəndi ərazisində tapılıb.