ƏHLİMAN ƏMİRASLANOVUN TƏŞƏBBÜSÜ seçicilərin ÜRƏYİNCƏ OLDU...

Image result for ƏHLİMAN ƏMİRASLANOV SEÇİCİ

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik  Əhliman  Əmiraslanovun təşəbbüsü ilə 2-3 noyabr tarixlərində  akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Saatlı və Sabirabad rayonlarında oftalmoloji tibbi aksiya keçirmişdir.

 İki gün davam edən aksiya zamanı Səyyar Klinikanın əməkdaşları tərəfindən Saatlı rayonunda 136 nəfər, Sabirabad rayonunda isə 102 nəfər vətəndaşa tibbi xidmət göstərilib. Tədbirin məqsədi görmə qabiliyyəti ilə bağlı şikayətləri olan sakinlərin bu problemlərinin həll olunmasına köməklik göstərməkdir. Aksiya çərçivəsində aşkar olunan göz xəstəlikləri ilə bağlı müzakirələr aparılıb, problemin həlli yolları araşdırılıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasında həm Saatlı, həm də Sabirabad rayonlarında, xüsusilə rayon mərkəzindən nisbətən uzaq məsafədə yaşayan kənd əhalisinin  müayinə və müalicəsini aparmaqla yanaşı, lazım olduğu təqdirdə onların cərrahi əməliyyatı da təşkil edilmişdir. Belə ki, qeyd edilən humanitar aksiya zamanı 10-a yaxın sakində müxtəlif göz patologiyaları ilə əlaqədar olaraq cərrahi əməliyyat aparılmışdır.

 Akademik Əhliman Əmiraslanov da bu aksiyanın keçirilməsində iştirak edərək  seçicilərin hər bir probleminin həllində onların yanında olduğunu və mümkün köməklikləri göstərməyə çalışdığını bildirdi. Seçicilər Əhliman Əmiraslanovun onlara çox qayğı ilə yanaşdığını, onların hər bir müraciətinə, xüsusilə sağlamlıqlarında olan problemlərin həll olunmasına xüsusi həssaslıqla yanaşaraq yardımını əsirgəmədiyinə görə deputatlarına minnətdarlıqlarını bildirdilər.






Fikirlər