“Əgər banklar borcluların güzəşt xahişinə mənfi cavab versələr, o halda...” - İqtisadçıdan TÖVSİYƏ

“Əgər banklar borcluların güzəşt xahişinə mənfi cavab versələr, o halda…” – İqtisadçıdan TÖVSİYƏ

Bu qərar tövsiyə xarakterli olduğu üçün banklar və sığortaçılar ona əməl etməyə məcbur deyil”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın pandemiya ilə bağlı maliyyə sektoru üzrə tədbirlər haqda qərarına münasibət bildirən iqtisadçı Əkrəm Həsənov deyib.

Əkrəm Həsənovun sözlərinə görə, qəbul edilən qərarı məcburi və tövsiyəvi olmaqla, iki hissəyə bölmək olar:

Qərarın məcburi hissəsi sırf banklara, sığortaçılara və qiymətli kağızlar bazarı iştirakçılarına requlyativ tətilin verilməsindən ibarətdir. Belə ki, sentyabarın 30-dək Mərkəzi Bank onlara qarşı olan tələblərini yumşaldır.

Qərarın tövsiyəvi hissəsi isə banklar və sığortaçılarla bağlıdır. Banklara tövsiyə edilir ki, 30 sentyabradək (6 ay) borcunu ödəməyən borclulara (vətəndaşlar və pandemiyadan birbaşa təsirlənmiş sahibkarlara) cərimə hesablamasınlar və onların kredit tarixçəsini korlamasınlar.

Sığortaçılara tövsiyə edilir ki, karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 30 sentyabra (6 ay) kimi möhlət versinlər.Təbii ki, bu, tövsiyə xarakterli olduğu üçün banklar və sığortaçılar ona əməl etməyə məcbur deyil”.

Əkrəm Həsənov vurğulayıb ki, 6 aylıq tövsiyəvi kredit tətili nədənsə, yalnız banklara aid edilib. Bank olmayan kredit təşkilatları haqda isə heç nə deyilmir. Halbuki həm əhalinin, həm də sahibkarların onlara da xeyli borcu var:

Hər bir halda çətinlik çəkən vətəndaşlara və sahibkarlara tövsiyə edirəm ki, bu qərardan istifadə edərək, indidən banka (sığortaçıya) müraciət edib müvafiq tarixədək (maksimum 30 sentyabr) ödəniş etməyəcəklərini bildirsinlər.

Bu halda bank (sığortaçı) cavab vermək məcburiyyətində qalacaq. Müsbət cavab versə və ya hətta cavab verməsə (susmaq razılıq əlamətidir), çox yaxşı… Mənfi cavab versə, məsələni ictimailəşdirib Mərkəzi Banka və ölkə rəhbərliyinə müraciət etmək olar”.






Fikirlər