“Bu bina bizim vəsaitimizlə tikilib və onu biz qaytarmışıq” - FOTOLAR

“Bu bina bizim vəsaitimizlə tikilib və onu biz qaytarmışıq”

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva işğaldan azad edilmiş Hadrut qəsəbəsində olublar. 

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı və ailəsi səfər çərçivəsində keçmiş keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında oldular.

Dövlət başçısı binada qısa çıxış edib: “Bu bina keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasıdır. Qanunsuz rejim burada özləri üçün administrasiya yaratmışdı. Bu bina Azərbaycan vəsaiti hesabına tikilmişdir və onu biz qaytarmışıq. Hadrut bizimdir!

Bu sözlər köhnə əlifba ilə yazılıb: “Kolxozların əbədilik faydalanması üçün”. Bu, 1939-cu ilə qədər yazılıb. 1939-cu ildə əlifbamızı dəyişdirdilər. Bu, tarixi sənəddir”.

 


 






Fikirlər