Mübariz Qurbanlı dövlət pullarını oğlunun şirkətinə yönəldib – ŞOK VİDEO
Dini Qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı haqda sensasion faktlar yayılıb. “Yeni Sabah” xəbər verir ki, sözügedən sənədləri bloger Mehman Hüseynov əldə edib. O, bildirib ki, M. Qurbanlı 2014-cü ildə komitəyə sədr təyin olunandan az sonra oğlu Orxan Qurbanlı MMC yaradıb və dövvlət qurumunun keçirdiyi tenderlərin bir çoxunun qalibi elan olunub. M. Hüseynov yazır: “Korrupsiya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində... Xalqın sərvətini kimlər oğurlayır? Din maskası altında kimlər gizlənib? Xalqın pulları ilə özünə biznes quran hansı DİNDAR məmurdu? Orxan və Mustafa Qurbanlı kimlərin çörəyini yeyir?... DİNdar məmur Mübariz Qurbanlının əsl sifətini göstəririk. Bu adam xalqa DİN-dən, Milli Mənəvi dəyərlərdən, Namazdan, Məsciddən, Haqq yolundan, Halal-Haramdan danışır... Təsəvvür edirsiz? Bu adam Azərbaycanın DİN SİYASƏTİNİ aparır.....Biabırçılıq. Özü isə övladları ilə birlikdə xalqın pullarını oğurlayır... Korrupsiya və dövlət büdcəsindən xalqın pullarını oğurlayan məmuru tanıyın!”. Videonu izləyin!