Ziya Məmmədov məzuniyyətini yarımçıq qoydu - RƏSMİ AÇIQLAMA
Son günlər cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən azad olunma xəbəridir. Bir sıra mətbu orqanlar səlahiyyətləri məhdudlaşdırılan nazirin məzuniyyətdən gəldikdən sonra işdən çıxarılacağını bildirmişdi. Hafta.az məsələ ilə əlaqədar Ziya Məmmədovun birinci müavini Musa Pənahovun kabinetinə zəng vurdu. Telefon zəngimizə cavab verən şəxsin sözlərinə görə, Ziya Məmmədov bu gündən etibarən artıq iş başındadır: “Ziya müəllim 23 oktyabra kimi məzuniyyətdə olmalı idi. Amma o, tətilini yarımçıq qoyaraq, bu gün işə gəlib və hazırda da işinin başındadır”.