“Qızıl Amnistiya” gəlir: “15 MİN MƏHKUMA ŞAMİL OLUNACAQ” - ZƏFƏR GÜNÜ ƏRƏFƏSİNDƏ İKİQAT SEVİNC ...

Bir neçə gündən sonra Azərbaycan Milli Məclisi Amnistiya verilməsi haqqında qərar layihəsini qəbul edəcək. 

"AzerTaym.az" bildirir ki,bu barədə Gununsesi.info-ya hökumətdəki mənbələrdən daxil olan xəbərdə bildirilir.

Məlumata görə, İkinci Qarabağ Müharibəsində qazandığımız  Zəfər Günü münasibəti ilə veriləcək Amnistiya aktı  15 mindən çox məhkumu əhatə edəcək.

Hüquq-mühafizə orqanlarının birgə təhlili nəticəsində hazırlanan layihəyə Cinayət Məcəlləsinin bir çox maddələri daxil edilib.

Məlumata görə, amnistiyaya düşəcək şəxslər arasında Cinayət Məcəlləsinin 139-1 maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) ilə ittiham olunanlar da var.

Bundan başqa oğurluq, ölümlə nəticələnməyən şəxsiyyət əleyhinə cinayətlər, külli miqdarda olmayan dələduzluq və sair əməllərinə görə  məhkum olunanlar da azadlığa çıxa biləcək.

Layihə yaxın günlərdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinə göndəriləcək.

Layihənin təşəbbüskarının ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu bildirilir.


 

 






Fikirlər