Ukrayna bu planla işğal edilir! - SURİYA VARİANTI

Rusiya prezidentinin əmrindən sonra Ukrayna silahlı qüvvələrinə qarşı xüsusi əməliyyat müasir müharibə qanunlarına uyğun olaraq həyata keçirilir.

Musavat.com xəbər verir ki, xarici mediada bununla bağlı iddialar yer alıb.

Bildirilir ki, hərbi ekspertlər hər hansı tank həmləsinin və Rusiya-Ukrayna cəbhəsi istiqamətində genişmiqyaslı hücumun olmayacağını, buna ehtiyac olmadığını bildirmişdilər.

Müəllif yazısında qeyd olunur ki, 2015-ci ildə rus ordusu Suriyada terrorçuların hərbi infrastrukturuna nöqtəli zərbələr endirmişdi. Nəticədə onlar qısa müddətdə məhv edilmişdi.

“İndi anoloji ssenari Ukrayna ətrafında həyata keçirilir”, - müəllif əlavə edib.

Bildirilir ki, qanadlı və ballistik raketlərlə yaşayış məntəqələrindən kənarda yerləşən hərbi obyektlərə, komanda qərargahlarına, silah və sursat anbarlarına, texnikanın saxlanma yerlərinə zərbələr endirilir, həmçinin hərbi aerodromlar sıradan çıxarılır.

Məlumatda internet resurslarına istinadən bildirilir ki, Xarkov, Mariupol, Dnepropetrovsk, Kramatorskiyə belə zərbələrin endirilib. Ukrayna ordusunun Xarkovdakı mexanikləşdirilmiş 92-ci bölməsinin sursat anbarlarının da hədəfə alındığı qeyd olunur.

Materialda Ukrayna hərbi dəniz donanmasının gəmilərinin sıradan çıxarıldığı və ya məhv edildiyi də yayılan xəbərlər arasındadır.

Həmçinin qeyd olunur ki, Qara dənizdəki böyük desant dəstəsinin hərəkətə keçməsi ilə Ukraynanın Qara və Azov dənizlərdəki limanları kilidlənib. Kiyevin Borispol aerodromunda da partlayış səsləri eşidilib. Bildirilir ki, məhz bu hava limanı NATO silahlarını daşıyan təyyarələri qəbul edirdi.

Ukrayna hərbi qüvvələrinin Vasilkove bazasına da raket zərbələrinin endirildiyi bildirilir.






Fikirlər