"Anar xalqın pasportudur" - Aqil Abbas

Aqil Abbasa İlyas Əfəndiyev Mükafatı təqdim edildi

"Mən səsimi yazıçı Anara verəcəyəm. Çünki o, Azərbaycan xalqının pasportudur".

 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bunu yazıçı, deputat Aqil Abbas Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayında deyib. O bildirib ki, AYB-nin sədri postunda Anar Rzayevi görür.

"Mən də istəyirəm ki, seçkilər qapalı səs vermə ilə keçirilsin. Amma keçən iclaslarda məsələ qaldırıldı ki, açıq səsvermə ilə olsun. Hər halda belə məsləhət görüldü. Səsim Anara olacaq, çünki o, Azərbaycan xalqının pasportudur".

Qeyd edək ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir. Yazıçılar birliyinə yeni sədr seçiləcək.






Fikirlər