Strateji raket qüvvələrinin generalı: "Rusiya yeni növ hərbi əməliyyat hazırlayır"

Rusiya nüvə silahından istifadə etməklə yeni növ hərbi əməliyyatlar hazırlayır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Strateji Raket Qoşunları komandanının birinci müavini general-leytenant İqor Fazletdinov “Voennaya misl” ("Hərbi düşüncə") jurnalında xüsusi yazı dərc edib. Məqalənin həmmüəllifi ehtiyatda olan polkovnik Vladimir Lumpovdur.

Məqalədə “ABŞ-ın dünyada lider mövqeyini itirdiyi” iddia edilir və bunun “əsas günahkarı” Rusiya hesab olunur. Məqalə müəlliflərinin fikrincə, ABŞ Rusiyanı “strateji (qlobal) çoxsahəli əməliyyat” şəklində “məğlub etməyi” planlaşdırır və ABŞ Rusiyanın çəkindirici nüvə potensialını məhv etməyi özünün son məqsədi kimi görür.

Məqalə müəlliflərinin fikrincə, “Pentaqonun təcavüzkar planlarını həyata keçirmək cəhdlərinə qarşı mübarizənin əsas vasitəsi “strateji çəkindirmə qüvvələrinin əməliyyatı”dır. Məqalə müəlliflərinin rəyinə görə, bu əməliyyat Rusiya Silahlı Qüvvələrinin strateji silahlarının istifadəsini nəzərdə tutur.

Belə bir əməliyyat zamanı Rusiya ballistik raketlərinin havada məhv edilməsi ehtimalını istisna etmək üçün ABŞ qlobal raketdən müdafiə sistemini sıradan çıxarmalıdır. Materialın müəllifləri əməliyyatın son mərhələsini Rusiyanın qalan nüvə potensialının köməyi ilə ABŞ-a “qəbuledilməz zərərin” vurulması adlandırırlar.

Belə bir əməliyyatın hazırkı nüvə doktrinasında nəzərdə tutulan, “nüvə silahından istifadə etməklə aparılan əməliyyatlar”dan nə ilə fərqləndiyi mətndə aydın göstərilmir.

 






Fikirlər