PREZİDENT MİKAYILOVU YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - Yeni agentliyin rəhbəri kimdir + DOSYE

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

"AzPolitika.info" xəbər verir ki, Mikayılov Zaur Rauf oğlu 1974-cü ildə Şamaxı şəhərində anadan olub. 

1999-cu ildə Türkiyə Cümhuriyyətinin Boğaziçi Universitetinin Biznesin idarə olunması fakültəsini bitirib.

Z.Mikayılov 1999-2009-cu illərdə telekommunikasiya sahəsində mobil operatorlarda marketinq meneceri, baş kommersiya müdiri, baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb. 

2009-2016-cı illərdə “Paşa İnşaat” şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub.

O, 2016-2018-ci illərdə “Agro Dairy” MMC-də Baş Menecer vəzifəsində çalışıb.

2018-ci ilin noyabr ayından "Bravo" supermarketlər şəbəkəsinin - “Azərbaycan Supermarketləri” MMC-d icraçı direktoru təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib və bu günə qədər həmin vəzifədə işləyib.

Ailəlidir, üç övladı var.

Qeyd edək ki, İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.






Fikirlər