Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı...
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəlki Qərar 2024-cü il 2 yanvar saat 06:00-dək olan dövrü əhatə edib.