Məni əvəzləyəcək ƏN LAYİQLİ şəxsin ƏFLATUN AMAŞOV olduğunu söylədim

Məni əvəzləyəcək ən layiqli şəxsin Əflatun Amaşov olduğunu söylədimGürcüstandan olan əziz qardaş-bacılarım, dəyərli dostlar!
Azərbaycan-Pakistan Dostluq Qrupu rəhbərliyinə namizədliyim irəli sürüldüyündən bundan sonra Azərbaycan-Gürcüstan Dostluq Qrupu rəhbəri olmayacam. Çünki prosedurlara görə bir millət vəkili sadəcə bir dostluq qrupuna rəhbərlik edə bilər.Azərbaycan-Pakistan Dostluq Qrupu rəhbərliyinə namizədliyim səslənən zaman Azərbaycan-Gürcüstan Dostluq Qrupunda məni əvəzləyəcək ən layiqli şəxsin Əflatun Amaşov olduğunu söylədim. Çünki Gürcüstan əsilli olması ilə yanaşı Əflatun müəllim o bölgəni yaxşı bilən, çalışan insanlardandır və inanıram ki, onun rəhbərliyi ilə bu qrup gözəl şəkildə fəaliyyət göstərəcək. Mən isə qrup üzvü kimi bundan sonra fəaliyyətimi davam etdirəcəm. 10 il ərzində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi ölkələrimiz arası əməkdaşlığın inkişafı üçün əlimizdən gələni etməyə çalışdıq və inanıram ki, bu işlər bundan sonra dəyərli həmkarım tərəfindən gözəl şəkildə davam edəcək. Milli Məclis etimad göstərərsə bundan sonra Azərbaycan-Pakistan Dostluq Qrupuna rəhbərlik edəcəm. Pakistan Azərbaycan üçün ən önəmli ölkələrdən biridir və gerçək bir dostdur. 
Pakistanda həmmüəllifi olduğum "Xocalı soyqırımı şahidlərin dilindən" kitabımın Xocalı Soyqırımının 24-cü ildönümündə urdu dilində çapdan çıxması çox önəmli bir iş oldu. Pakistanda səfirlik vəzifəsini gözəl şəkildə yerinə yetirmiş və hazırda ölkəmizin Birləşmiş Ərəb Əmirliyindəki səfiri olan dəyərli dostumuz Daşqın Şikarova və əməyi olan hər kəsə təşəkkür edirəm. İnanıram ki, Pakistanla əməkdaşlığın genişlənmə istiqamətində gücümüz daxilində gözəl işlər görə biləcəyik.

Qənirə Paşayeva, millət vəkili 






Fikirlər