Hüseyn Abdullayevin anasının şikayəti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin anası Abdullayeva Zeynəb Bayraməli qızının apellyasiya şikayətinə baxılıb.
"AzerTaym.az" virtualaz.org-a istinadən bildirir ki, məhkəmə şikayəti təmin etməyib. Qeyd edək ki, Z.Abdullayeva ölkədən getməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün Daxili İşlərNazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Bundan sonra o, apellyasiya şikayəti verib.