TƏRTƏRDƏKİ vəziyyətə aydınlıq gətirildi — RƏSMİ
Tərtərin icra başçısı: "Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir" "Tərtərdə fəaliyyət göstərən bütün dövlət qurumları əhalinin yanındadır". Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
Onun sözlərinə görə, qoşunların təmas xəttində yaşanan gərginlik əhalinin psixologiyasına heç bir mənfi təsir göstərməyib: "Heç bir panika yoxdur. Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Biz ordumuza görə hər şeyə hazır olmalıyıq. Ali Baş Komandanın bütün diqqəti ordunun üzərindədir. Tərtərin vətənpərvər gəncləri var. Hər bir Azərbaycan vətəndaşı öz dədə-baba topağına qaytarmaq, oranı qorumaq istəyir".