İcra başçısı bəyanat yaydı

“İcra başçısı bəyanat yaydı

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bəyanat yayıb.

  Rayon İcra Hakimiyyəti adından yayılan bəyanatda bildirilir ki, son günlər bəzi saytlarda Füzuli rayonu və rayon İcra Hakimiyyətinin başçı Alı Alıyev barədə heç bir fakta söykənməyən, əsassız, qərəzli, ictimaiyyət arasında çaşqınlıq yaradan, şər-böhtan xarakterli yazılar dərc olunur: “Bildiririk ki, aprelin 1-dən 2-ə keçən gecə cəbhə xəttində ermənilərin təxribatının qarşısını alarkən Füzuli rayonundan 4 nəfər şəhid olub, xeyli əsgər və zabit yaralanıb. Düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərərk şəhidlik zirvəzinə yüksələn bütün şəhidlərimiz kimi füzuli rayonundan olan şəhidlərində də dəfni rayon İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə, minlərlə insanın iştirakı ilə keçirilib”.

Bəyanatda qeyd olunur ki, cəbhədə baş verən hadisələrə bağlı yaşından, cinsindən və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir kəs bu gün ümumi düşmənimiz olan Ermənistana qarşı mübarizəyə kökləndiyi bir zamanda, bəz saytların şər böhtan yolunu tutması doğru deyil: “Son hadisələrlə bağlı rayonun ağsaqqalları, ziyalılar, din xadimləri, gənclər sadə insanlar prezident İlham Əliyevə, rayon İcra Hakimiyyətinə müraciət edərək bütün məsələlərdə olduğu kimi hər zaman dövlətin və dövlətçiliyin yanında olduqlarını, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdiklərini bəyan edirlər. Füzulililər bildirirlər ki, bu gün Azərbaycanın bir düşməni var, bu torpaqlarımızın 20 faizini işğal edən, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistandır. Bu gün hər bir azərbaycanlı ölkə başçısının ətrafında yumruq kimi birləşməli, ümumi düşmənimiz olan Ermənistana qarşı mübarizə aparmalıdır. 

Bəzi saytların rayon İcra Hakimiyyəti başçısı Alı Alıyevin oğlu Elvin Alıyevin dəbdəbəli həyat sürməsi, istifadəsində bir neçə bahalı avtomobil olması barədə yaydqıları məlumatlar da yalan və əsassızdır. Alıyev Elvin Alı oğlu Polis Akademiyasının məzunudur, polis zabitidir. İstifadə etdiyi avtomobil isə Toyota Corolla markalıdır.

Füzuli rayonu cəbhə xəttində yerləşir və ərazisinin böyük bir hissəsi hələ də işğal altındadır. Təəssüf ki, mətbuatın ali məqsədini unudaraq heçə sayan, obyektivlik və peşəkarlıq prinsipindən uzaq olan bu saytlar dəfələrlə Mətbuat Şurasının “qara siyahı”sına daxil edilsələrdə görünür bundan nəticə çıxarmaq istəmirlər.

Sonda bir daha bəyan edirik ki, düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən ordumuzun əldə etdiyi qələbə bütün Azərbaycan vətəndaşlarının, o cümlədən füzulililərin qəlbini qürur hissi ilə doldurub”.






Fikirlər