Quba rayon Təhsil Şöbəsinin müdiri barədə ŞOK FAKTLAR
Loğman Müslümovun direktor təyinatında rolu nədən ibarətdir? Direktor olmaq istəyən müəllimlərlə bağlı ölkə ərazisində imtahan keçirildi. Amma deyəsən, bu imtahan Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov üçün arzuolunmazdır. Ona görə ki, bu şəxslə bağlı Serhed.info-nun redaksiyasına edilən şikayət məktubunda bəzi incə məqamlara toxunulub. Verilən məlumatda bildirilir ki, Quba rayonunda RTŞ müdiri elan edib ki, müsahibə mərhələsi onun rəyindən asılı olacaq. Yəni kim keçmək istəyirsə, onu 8 dəfə görməlidir. Qeyd olunur ki, hətta bəyan edilib ki, baxım-görümlərdən Nazirliyə də pay çatacaq. Serhed.info-ya verilən məlumatda qeyd olunur ki, RTŞ müdrinin əvvəlcədən müvəqqəti direktor təyin etdiyi adamların bəzisi imtahandan keçə bilməyib. Buna görə də, müdirin üstünə gələrək verdiklərini geri tələb edirlər. Loğman Müslümov isə bunun çıxış yolunu başqa cür tapıb. Belə ki, Həmin yerə biliyi ilə keçən şəxsləri ləkələməklə onları direktorluqdan kənarlaşdırmaq niyyətindədir. Bunun üçün müxtəlif damğalayıcı ifadələrə əl atan müdir çalışır ki, rayonda və nazirlikdə biliyi ilə qalib gələn direktorlar barəsində pis rəy formalaşdırsın və nəticədə onlar müsahibə mərhələsini keçməsin. Belə olan da isə həmin yerlər vakant kimi qalmaqda davam eləsin. Bu isə RTŞ mudrinə sərf edir. Çünki əvvəlcədən razılaşdığı müəllimləri məktəbə müvəqqəti təyin etməklə vaxtı uzadacaq. Hətta bildirilir ki, müdir süni surətdə narazılar ordusu yaratmaqla məşğuldur. Belə ki, guya kəndlərdə camaat kənar yerdən gələ biləcək adamları kənddən qovacaq və məktəbə buraxmayacaqlar. Əsas səbəb isə, yuxarıda qeyd etdiyimiz kimidir. Verilən məlumatların içərisində o da vurğulanır ki, RTŞ müdiri Təhsil Nazirliyi İcra Hakimiyyətinə, İcra Hakimiyyətini isə nazirliyə satır. Belə ki, İcra Hakimiyyətinin rəsmilərinə deyir ki, imtahanı nazirlik keçirir, bizim heç bir qarışacağımız yoxdur. Nazirlik işləməyə imkan vermir. Naziliyə gedib məlumat verir ki, bəs İcra Hakimiyyəti işləməyə imkan vermir, sizin göndərdiyiniz adamları istənilmir. Belə olanda isə öz əməllərini həyata keçirir. Hətta bir neçə məktəb direktoru yerini faktiki gizlədib və vakanta çıxarılmadığı bildirilir. Rayondakı mənbə Loğman Müslümovun maraqlı karyerasına da toxunub. Bildirir ki, gənc yaşlarından Quba rayonunun Vladimirovka kənd məktəbinə direktor təyin edilən bu şəxs Təhsil Şöbəsinin uzun müddət müdiri olmuş Süleyman Aslanovun ən yaxın adamlarında olub. Səbəbi Süleyman Aslanovla yaxşı badə və kef yoldaşı olması olub. Onun yaxşı məclislər təşkil etmək qabiliyyəti sayəsində müdir müavini postuna gətirilib. Baxmayaraq ki, həmin yer dövlət qulluğuna aiddir, amma uzun illər imtahan vermədən həmin yerdə işləyib. Kadr məsələlərinə baxan Loğman Müslümov Süleyman Aslanovun axırına çıxır və öz planını reallaşdırır. Belə ki, Loğman Müslümova hədsiz inamı olan Süleyman Aslanov müavininin diplomlarında heç bir problem olmamasını əmin etməsi nəticəsində bir neçə saxta diplomlu adam işə qəbul olunur. Sonradan həmin məlumatlar yuxarılara ötürülərək cinayət işi başlanılmasına nail olunur və Süleyman Aslanov vəzifəsindən çıxarılır. Maraqlıdır ki, birbaşa kard məsələlərinə cavabdeh olan L.Müslümov heç bir məsuliyyət daşımır. Əksinə o müdir vəzifəsinə gətirilir. Amma məlum deyil hansı xidmətlərinə görə. Təhsil Şöbəsinin müdiri kimi bu şəxs indiyədək bir məktəbin qapısını açıb içəri girməmişdir. Yalnız icra başçısı kəndlərdə görüş keçirəndə, məktəblərə baş çəkir. Özü fərdi şəkildə heç vaxt məktəbə getmir. Yazıda qeyd olunan məsələlərlə bağlı Loğman Müslümovun fikirlərini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Amma istənilən halda qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq P.S Dövlət Himni və spirtli içki məsələsinə növbəti yazımızda toxunacağıq. Bizi izləyin…