Deputata müharibə elan edən vəkil jurnalistləri 18 avqust "SAVAŞ"ına dəvət etdi...

Moderator.az xəbər verir ki, tanınmış vəkil Ceyhun Yusifov jurnalistləri millət vəkili Rüfət Quliyevin cəmiyyətdə ciddi rezonans doğurduğu "sələmçilik davası" adlandırılan məhkəmə çəkişməsinə dəvət edib.

Mətni Moderator.az-a daxil olan dəvətdə deyilir:
"Deputat Rüfət Quliyevin Sələmçilik fəaliyyəti və uydurma öhdəlik müqaviləsi ilə bağlı, Səbail Rayon Məhkəməsində qaldırdığı iddia 18 avqust saat 10-30 da Hakim Zaur Əliyevin icratında baxılacaq.
Məhkəmə prosesində deputatın  iddiasının əsasını və sələmdən sələm tələb etməsini, dostunun ölümündən sonra həmin saxta öhdəliyin necə tərtib edilməsi, dəyəri milyonlarla ölçülən əmlakın hansı üsulla yağmalanması tam şəkildə subuta yetiriləcək. 
Maraqlı məhkəmə iclasında iştirak etmənizi xahiş edirəm. Hesab edirəm ki sizlərin iştirakı dalətli nəticəyə ciddi təsir göstərəcək".






Fikirlər