Millət vəkilindən “Azərsu”ASC-yə ittiham...
Araz Əlizadə: “Məlum problemlərə görə məhz bu qurum cavabdehlik daşıyır” İki gündür ki, yağan yağışlar ölkə paytaxtı və Bakıətrafı ərazilərdə ciddi problemlərə yol açıb. Magistral yollarda böyük gölməçələr yaradan yağışlar kanalizasiya sistemindəki bütün qüsurları da ortaya çıxartmaqdadır. Maraqlıdır, ölkə paytaxtında yaranan mövcud mənzərəyə görə hansı qurumlar məsuliyyət daşıyır? Məlum problemlərə görə cavab verməsi gərəkən hansı idarə, hansı müəssisədir? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə baş verənlərə görə “Azərsu”ASC-nin məsuliyyət daşıdığını bildirdi: “Sözügedən problemlərə görə məsuliyyət daşıyan, buna görə cavab verməsi gərəkən yeganə qurum “Azərsu”ASC-dir. Çünki ölkənin su-kanalizasiya təsərrüfatına məhz bu qurum cavabdehdir. Ona görə də, hesab sorulması gərəkən qurum da “Azərsu”ASC-dir”.