Məşhur jurnalistin evinə silahlı hücum - FOTO
Türkiyəli məşhur jurnalist İrfan Deyirmencinin evinə silahlı hücum olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalist tvitter hesabında paylaşıb. O bildirib ki, səhər saatlarında pəncərələri güllələnib. Polis araşdırması ilə hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs olunub: “Atəşin məqsədsiz formada açıldığını deyirlər. Yaxşıyam, narahat olmayın”. Xatırladaq ki, jurnalist referendum seçkilərinə “hayır” dediyi üçün fevral ayında “Kanal D”dəki işinə son qoyulmuşdu.