Bakı məktəbində uşaqlar ölümlə üzləşdi :SİNİF OTAĞININ TAVANI ÇÖKDÜ

 

Ramana qəsəbəsi 198 saylı orta məktəbdə sinif otaqlarından birinin tavanı çökərək məktəb partalarının üzərinə tökülüb.

Baku.ws-yə istinadən xəbər verir ki, xoşbəxtlikdən həmin vaxt tənəffüs olduğu üçün sinif otağında heç bir şagird olmayıb. Əks halda faciə yaşanacağı qaçılmaz olardı. Ötən gün baş verən hadisə ilə bağlı Təhsil Nazirliyi və Təhsil idarəsi ilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidməti Cəsarət Valehoğlu bildirib ki, məsələ ilə bağlı araşdırılma aparılır və qısa müddət ərzində həmin məktəb təmir olunacaq.

Qeyd edək ki, məktəb binası 1937-ci ildə inşa edilib. Son illər ərzində bircə dəfə də əsaslı təmir edilməyib.

AzerTaym.az






Fikirlər