Şəmkir təhsil şöbəsində pərdəarxası oyunlar gedir

Şəmkir təhsil şöbəsində pərdəarxası oyunlar gedir Şəmkir RTŞ-nin müdiri Məcid Şixlinski bu oyunların başında durur

Şöbə müdürünün eşq məcaraları

Redaksiyamıza Şəmkir şəhərindən şikayət məktubu daxil olmuşdur. Məktubda deyilir: “Burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə yaşayan Şəmkir RTŞ-nin müdiri Məcid cənabları görün nə hoqqalardan çıxır. Şöbədə təhsildə OŞ deyilən formanın, yəni yeni tədris ili üçün şagird kontingenti üzrə siniflərin komplekləşməsi üçün məktəb rəhbərlərindən pul yığılır. Yəni hər məktəb direktoru öz məktəbində olan hər sinif komplekti üzrə hər il 15 sentyabrdan 30 oktyabra qədər 30 azn manat pul yığılır. O, bu qoyulan məbləği verməyən məktəbə “xox” gələrək siniflərinin sayının azaldılması və frontal yoxlama keçirəcəyi ilə hədələyir. Bu minvalla hər yeni tədris ili üçün 2000-dən artıq sinif komplekti üzrə 55.000- 70.000 min manat pul yığılır. Dindirəndə də bu pulların OŞ- formasının təsdiqlənməsi üçün Təhsil və Maliyyə Nazirliklərinə verəcəyini göstərir. rBu işdə ona yardım etməyən məktəb direktorlarına qarşı noyabr ayından başlayaraq qərəzçilik, qisasçılıq mövqeyi tutur. Belə ki, öz qulbeçələrini həmin məktəblərə frontal yoxlamalara göndərir. Keçən il də bu gülləyə Kür qəsəbə 1 saylı tam orta məktəb tuş gəldi. Onun 7-8 nəfərlik başkəsən dəstəsi 10 gün o, məktəbdə yoxlamada oldular. Sonra bu yoxlamanın nəticəsi ondan ibarət oldu ki, məktəbin tədris işləri üzrə müavini Rzayeva Zərifə işdə verdiyi nöqsanlara görə işdən çıxarıldı, məktəb direktoru Əliyev Fəxrəddinin işdən çıxarılması barədə Təhsil Şurası qərar çıxardaraq, təhsil nazirliyinə göndərdilər. Təhsil Şurası məktəb rəhbərlərinin yarıtmaz işlərini göstərmişlər. Necə olur ki, hər il ali məktəblərə 10-20 nəfər tələbə adını qazanan məktəbdə tədrisin keyfiyyətini Məcid bəyin təhsil şurası yarıtmaz hesab edir. Müəllimlər dərsə ruhdan düşmüş kimi girirlər. Hələ məktəbimizin rayon təhsil şöbəsi tərəfindən yaradılan şəraitini görsəniz bizləri qəhrəman hesab edərsiniz .

Gözləri doymayan Məcid cənabları hər ay dediyimiz sinif komplektləri üzrə baş mühasibi Arzu Əmiraslanovun əli ilə məktəblərdən sinif sayı üzrə 5-7 manat civarında pul yığır. Rayon üzrə 2000-dən artıq sinif komplektinin olduğunu hesab etsək, deməli hər ay 10.000 manatdan artıq bu insanın rüşvət qazancı olur. Hələ bunlar azmış kimi hər ildə 2 dəfə olmaqla abunə yazılışı adı altında texniki işçilərdən 5 man, 8 saata qədər dərsi olan müəllimlərdən 10 manata qədər, 12 və daha artıq dərsi olan müəllimlərdən 15 manat pul yığır.”


P.S. Redaksiyamıza daxil olan həmin şikayət məktubunda Şəmkir rayon təhsil şöbəsindən hamıda şok yaradacaq başqa informasiyalar da yer alıb. Həmin informasiyada bildirilir ki, şöbə müdürü Məcid Şıxlinski eşq bəlasına girüfdar olub. Bir şagird dəftəri həcmində olan bu eşq məcaraları lap romanda olduğu kimi təsvir olunub. Hazırda əməkdaşımız həmin məktubda göstərilən olayları araşdırır. Növbəti sayımızda həmin araşdırmanı sizə təqdim edəcəyik. (q\x info)






Fikirlər