Sabiq deputat banka qoyduğu əmanətin 30 min manatını GERİ ALIB
Sabiq deputat Gülər Əhmədova ləğvetmə prosesində olan “Bank Standard”a qoyduğu əmanətinin 30 min manat sığorta hissəsini geri alıb. Bu barədə “Report”a o, özü məlumat verib.
G.Əhmədova banka təxminən 15 il əvvəl 24 min dollar məbləğində əmanət qoyduğunu deyib.
Keçmiş deputat banka qoyduğu əmanətinin qalan hissəsini hələ də ala bilmədiyini əlavə edib.