Mikayıl Cabbarov atdan yıxılıbmış

Mikayıl Cabbarov atdan yıxılıbmışXəbər verdiyimiz kimi, təhsil naziri Mikayıl Cabbarov bu gün IV Bakı Beynəlxalq Humanitar Forumuna əl ağacı ilə (kastel) qatılıb

Nazir çətinliklə yeriyirmiş və əl ağacının köməyindən istifadə edirmiş.

"Günpress.az" saytına nazirin ayağında yaranan problemllə bağlı məlumat daxil olub. Daxil olan xəbərə görə, Mikayıl Cabbarov atdan yıxılıb və ayağını zədələyib. Mikayıl Cabbarov Gənclər və idman nazirinin müavini İntiqam Babayevlə at sürməyə gediblərmiş. Nazir müvazinətini itirdiyi üçün mindiyi atdan yıxılıb və nəticədə ayağı əzilib. Ona görə də qatılmaq məcburiyyətində qaldığı beynəlxalq tədbirə də əsa ilə gəlməli olub.







Fikirlər