Azərbaycanda yanacaqdoldurma məntəqələri yeni ödəniş sisteminə KEÇİR
Azərbaycanda böyük yanacaqdoldurma məntəqələri kontaktsız ödənişlər qəbul edəcək. Bunu Trend-ə maliyyə bazarındakı mənbə deyib. Mənbə qeyd edib ki, hazırda YDM-lər bank kartları vasitəsilə ödəniş qəbul edən POS-terminallardan istifadə edirlər:“Lakin artıq alınmış yanacağa görə ödənişi kontaktsız kartlar vasitəsilə də həyata keçirmək mümkün olacaq. Burada söhbət “PayPass” kontaktsız ödəmələrdən gedir. Kontaktsız ödəmələrin YDM-lərdə tətbiqinin məqsədi nəğdsiz ödənişin dövriyyəsini, həmçinin istifadəçilərin rahatlığını artırmaqdır”.