YAP-çı deputat: "YATMAMIŞAM, o fotolar MONTAJdır"
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov sosial şəbəkələrdə yayılan fotolarından danışıb.
"AzerTaym.az" xəbər verir ki,H.Mirələmov Sfera.az-a bildirib ki, YAP-ın müşavirəsində yatması ilə bağlı yayılan fotolar saxtadır:
"YAP-ın müşavirəsi Xətai rayon təşkilatının binasında keçirilib. Mən isə ön sırada əyləşmişdim. Heç kəs deyə bilməz ki, mən iclasda yatmışam. Bunu deyən yalan danışır, o fotolar da mintajdır".