AZƏRBAYCAN İES-də tüstülənmə: bir NƏFƏR ZƏHƏRLƏNDİ

Azərbaycan İES-də tüstülənmə: bir nəfər zəhərləndi

Axşam saatlarında Azərbaycan İstilik Elektrik Stansiyasının 7-ci enerji blokunda tüstülənmə baş verib.

Tüstülənməyə stansiyanın enerji blokunda yaşanan nasazlıq səbəb olub.

Dərhal hadisə yerinə 6-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Məlum olub ki, tüstülənmə blokun nasos hissəsində baş verən yağ axıntısı səbəbindən olub. Hadisə nəticəsində stansiyanın 1991-ci il təvəllüdlü Əliyev Vahid İsmayıl oğlu tüstüdən zəhərlənib. Ona yerindəcə tibbi yardım göstərilib.

Hazırda nasazlığın aradan qaldırılması üçün iş aparılır.






Fikirlər