İsgəndər Həmidov ikinci dəfə əməliyyat OLUNDU

İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçisi İsgəndər Həmidov Türkiyədə - Gülhanə hərbi tibb akademiyasında ikinci dəfə cərrahiyyə əməliyyatına məruz qalıb.
Bu barədə modern.az-a Azərbaycan Liberal Demokrat Partiyasının sədri, Azərbaycan Xalq Hərəkatı idarə heyətinin üzvü Fuad Əliyev məlumat verib. 
O bildirib ki, İ. Həmidov üçüncü dəfə də ürək əməliyyatıa girməlidir: "Ötən gün İsgəndər bəyin özü ilə danışmışam. Türkiyədə ikinci dəfə əməliyyat keçirib. Səhhəti qaydasında olarsa, gələn həftə Bakıya dönəcək. Ümumiyyətlə, həkimlərin müəyyən etdiyi odur ki, İsgəndər bəy üç dəfə əməliyyat keçirməlidir. Artıq iki əməliyyatı sağ-salamat geridə qoyub. Amma üçüncü əməliyyatı hələlik saxlayıblar. Yəqin ki, durumundan asılı olaraq, qərar veriləcək”.
Xatırladaq ki, bu il mayın 19-da axşam saatlarında halı pisləşən sabiq daxili işlər naziri, müayinə üçün Türkiyəyə aparılıb. Orda müayinə olduqduqdan sonra vətənə qayıdıb.
Sentyabrın 6-da isə o, Türkiyənin "Gülhanə” Hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.






Fikirlər