Bakıda güclü külək zamanı gənc oğlanın başına dam örtüyü DÜŞÜB...
Bakının Nərimanov rayonunda bədbəxt hadisə zamanı 1 nəfər ağır xəsarət alıb. 1996-cı il təvəllüdlü Ağayev Fikrət Allahverdi oğlu marketə girmək istəyən zaman onun üzərinə dam örtüyü düşüb.
"AzerTaym.az" APA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
F.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.