Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin gənc üzvlərindən BAYRAQ aksiyası – FOTOLAR

 

Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin gənc üzvləri 9 noyabr Bayraq Günü münasibətilə iki aksiya keçiriblər. Onlardan biri Bakı Dəmiryolu Vağzalında reallaşıb. 
Belə ki, İctimai Birliyin gənc üzvləri tərəfindən sərnişinlərə Azərbaycan bayrağı paylanılıb. Eyni zamanda bayrağımızın yaranma tarixi, onun rənglərinin simvolikası haqqında müəyyən məlumatlar da sərnişinlərə çatdırılıb. Sərnişinlər bu orijinal təşəbbüsü maraqla və coşqu ilə qarşılayıb, aksiyanın təşkilatçılarına və gənclərə öz minnətdarlıqlarını bildiriblər.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi eyni zamanda 9 noyabr Bayraq Günü münasibətilə Bakı şəhərində fəaliyyət göstərən 56 saylı Kəlbəcər rayon tam orta məktəbinin şagirdlərinin iştirakı ilə də tədbir keçirib.
Tədbirdə Bayraq Gününün əhəmiyyətindən bəhs olub, bayrağımızın yaranma tarixi, onun rənglərinin simvolokası haqqında şagirdlərə məlumat verilib. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin nüfuzu günbəgün artır, ölkəmiz dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Xüsusi vurğulanıb ki, 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf yoluna qədəm qoyan müstəqil dövlətimiz hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində inkişaf edir. Bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da böyük uğurlarımız var və heç şübhəsiz üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə dalğalanacaqdır.
Tədbir iştirakçıları “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən bu cür tədbirlərin şagirdlərdə vətənpərvərlik ruhunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Bayram tədbirində 56 saylı məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.






Fikirlər