Məşhur numeroloqdan 2020-ci il PROQNOZU: Kimlərin eşq və PUL axtarışları başa çatacaq?
20 ildir ki, numerologiya ilə məşğul olan numeroloq Coş Siegel 2020-ci il üçün proqnozlarını açıqlayıb. "Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, o, bu ilki yol xəritəsinə nəzər salmaq istəyənlərin ixtiyarına xüsusi üsul təqdim edib. Bu üsula görə doğum tarixinizi (ay və gün) təşkil edən rəqəmləri cəmləyib, bu rəqəmi 2020-ci ilin rəqəmlərinin cəmi ilə toplamaq lazımdır. Nümunə: Deyək ki, siz 12 may (12.05) tarixində dünyaya gəlmisiniz. Elə isə 1+2+0+5=8. Yəni, tək bir rəqəm əldə edənə qədər doğum gününüzdəki bütün rəqəmləri toplamalısınız. Həmin rəqəm ilə (bu nümunədə 8) 4-ü (2+0+2+0=4) toplayırıq. Bu zaman 12 ədədini əldə edəcəyik: 1+2=3. Sonda isə aşağıdakı sıralamada 3-ü tapa və gələn il başınıza gələcəklərdən agah ola bilərsiniz. Bu üsulla şəxsi rəqəminizi tapmaq öz əlinizdədir. 1. Planlar gerçəkləşəcək Bu rəqəm yeniliyi və dəyişimi ifadə edir. Doğru olduğuna əmin olduğunuz addımlarla addımlasanız, 2020-ci il həyatınızda fərq yarada bilər. Bu il yeni başlanğıclara qədəm qoya bilərsiniz. 2. İntuisiyalarınızdan yararalana biləcəyiniz bir dövr olacaq Bu müddət ərzində özünüzə daha çox fokuslanmalısınız. Daxili səsinizə qulaq verin. Özünüzü 2020-ci ilin sülhsevər axınına buraxmaqdan çəkinməyin. 3. Sosial dairəniz genişlənir. 2020-ci il ünsiyyət, əyləncə, xoş anlardan ibarət xatirələr yığmaq üçün səmərəli il olacaq. İliniz çox rəngarəng keçəçək. Uzun müddətdir ertələdiyiniz işləri məhz bu il görə bilərsiniz. Yeni sosial çevrəyə daxil ola, heç bilmədiyiniz xüsusiyyətlərinizi kəşf edə bilərsiniz. Ünsiyyət qabiliyyətiniz inkişaf edəcək, özünüzü və fikirlərinizi daha yaxşı ifadə edə biləcəksiniz. 4. İntizam və məntiq ön plana çıxacaq. Konsentrasiya, ağır iş, məqsədinizin nə olduğunu aydınlaşdırmaq kimi mövzular önümüzdəki 12 ayda sizi məşğul edəcək. Əvvəlki illərə nisbətən daha qətiyyətli, məqsədyönlü, intizamlı olduğunuz üçün şəxsi məmnuniyyət hiss edəcəksiniz. Rutininizə əməl edərkən fiziki və ruhi sağlamlığınıza xüsusi diqqət yetirməli olacaqsız. 5. Sərgüzəştlərə həmişəkindən daha çox maraq duyacaqsınız. Bu il özünüzü hər cəhətdən azad hiss edəcəksiniz. Ətrafınıza yaydığınız bu müsbət aura sizin üçün bir çox qapıları aça bilər. Yeni il ilə birgə gizli xüsusiyyətlərinizi aşkarlayıb, risklər ala, rutininizi qıra və xəyallarınızı dəyişdirə bilərsiniz. 6. Ailə, sevgi və emosional duyğular əhəmiyyət qazanır. Əgər bu il ailənizlə, şəxsi münasibətlərinizdə bir sıra problemlər yaşamısınızsa, onda 2020 bu problemləri silməyə gələcək. Özünüzü heç olmadığı qədər həssas və sevgi dolu hiss edəcəyiniz bu dövr ətrafınızda dəyərli insanları toplayacaq. 7. Oyanış və özünə qayıdış hissi sizi əhatə edəcək. İndiyədək düşünmədiyiniz mövzular barədə baş sındırmalı olacaqsız. Mənəvi baxımdan böyük dəyişikliklər yaşayacaqsınız. Sanki qış yuxusundan oyanacaqsınız. İntuisiyalarınıza qulaq verməkdən çəkinməsəniz, axtardığınızı tapa biləcəksiniz. 8. Müvəfəqiyyət və maddi güc yüksəlişə keçəcək. Mükafatlar və təriflər topladığınız bir il olacaq. Zehni mənada özünüzü stabil hiss edəcək, addımlarınızı qətiyyətlə atacaqsınız. Rəhbərlik bacarığınız heç olmadığı qədər artacaq. İnsanları idarə edəcəksiniz, bununla da qazancınız artacaq. 9. Ehtiras və sevgi - bu iki güclü hiss il boyu sizinlə olacaq. 9 rəqəmi yeni başlanğıclar, keçmişi arxada buraxma dövrünə işarədir. Uzun müddətdir narahatlıq yaradan duyğular sizi tərk edəcək. Olmaq istəmədiyiniz yerlərdən uzaqlaşa biləcəksiniz. Üzünüzə yeni qapılar açılacaq. 2020-ci ildə heç gözləmədiyiniz yeni bir eşq ayaqlarınızı yerdən kəsə bilər.