Bakıda külək evin pəncərəsini uçurdu - FOTOLAR
Bakıda güclü külək bir sıra fəsadlar törədib. “AzerTaym.az" “Unikal.org”a istinadən bildirir ki, külək Nəriman Nərimanov rayonu, İzzəddin Həsənoğlu 10 ünvanında binanın 10-cu mərtəbəsinin eyvanının pəncərəsini uçurub. Qırılan pəncərə 3-cü mərtəbənin balkonuna düşüb. Nəticədə 3-cü mərtəbədəki mənzilin də balkonuna ziyan dəyib. Həmçinin qırıntılar həyətdə dayanan 2 maşına da ciddi ziyan vurub.