Deputat seçilən rektor İSTEFA VERƏCƏK..?
İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov vəzifədən gedir. Yenisabah.az xəbər verir ki, buna səbəb fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləridir. Ceyhun Məmmədov bu seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədi olub. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, o, 57.1 faiz səs toplayaraq qalib gəlib. Azərbaycan qanunverciliyinə əsasən, Ceyhun Məmmədov deputat seçildiyinə görə artıq rektor vəzifəsini icra edə bilməz.