İntihara cəhd edən feminist qızın xəstəxana görüntüləri - FOTO
Bu gün Bakıda feministlərin aksiyası zamanı qalmaqallı plakatı ilə gündəmə gələn feminist Aysel Ələkbərzadənin özünü binadan ataraq intihara cəhd etməsi barədə məlumat vermişdik. "AzerTaym.az" publika.az-a istinadən xəbər verir ki, 24 yaşlı A.Ələkbərzadə ayaqlarının sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun xəstəxanadan çəkilmiş fotolarını təqdim edirik. Xatırladaq ki, Yasamal rayonunda yaşayan 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. Vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.
A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Gənc fəal özünü binadan atmazdan əvvəl "Facebook”da intihar edəcəyini açıqlayıb.
Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.