NİZAMİ rayonunda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi DAVAM edir- FOTOLAR

Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nizami rayonunda aztəminatlı ailələrin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır, eyni zamanda, bu sosial qrupa aid edilən ailələrə diqqət və qayğını daha da artırmaq üçün müntəzəm tədbirlər həyata keçirilir.

Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a bildirilib ki,ölkədə tətbiq olunan xüsusi karantin rejimi dövründə rayonda yaşı 65-dən yuxarı olan vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, tənha yaşayan ahıl şəxslərə, eyni zamanda, aztəminatlı ailələrə də yardımlar edilir, həmçinin onlarla profilaktik söhbətlər aparılır.

15 aprel 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən növbəti dəfə bu kateqoriyadan olan 70 ailəyə yardım sovqatı verilib.

Rayonda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi davam etdirilir.

 

 

 

 

 

 

 






Fikirlər