“Koronavirusdan ölənlərin meyitini “TIR”la daşıdım” - Günayın keçmiş ərindən ŞOK AÇIQLAMA

“Koronavirusdan ölənlərin meyitini “TIR”la daşıdım” - Günayın keçmiş ərindən şok açıqlama

Azərbaycanlı model Günay Musayevanın keçmiş əri, aktyor Tolqa Karel maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorluğun daşını atan və 2017-ci ildən bəri ABŞ-da yaşayan Tolqa yük maşını sürücüsü kimi çalışdığını, Sarah Skott adlı xanımla ailə qurduğunu açıqlayıb.

O, ABŞ-da koronavirusun yayılmasından sonra üzləşdiyi çətinliklərdən də danışıb:

“Nə qədər diqqətli olsaq da, küçədə çox oluruq. Virusa yoluxa bilərəm. Burada insanlar işlərini itirirlər, çox çətin vəziyyətdədirlər. Həyat yoldaşımı da işdən çıxarıblar. Nyu-Yorkda mənə qısa məsafəyə aparmaq üçün yük olduğunu söylədilər. Yükə baxanda orada 12 cəsəd görüb şoka düşdüm. Koronavirusdan ölən 12 insanın meyitini “TIR”la daşıdım”.

Xatırladaq ki, Tolqa Karel və Günay Musayeva 2011-ci ildə ailə qurub. Onlar bir müddət sonra qalmaqallı şəkildə boşanıblar.

Fikirlər