Jurnalistlər övladları ilə - karantində kimi yemək bişirdi, kimi OYUN oynadı - VİDEO

Ölkəmizdə koronavirus pandemiyası səbəbilə 24 mart tarixindən xüsusi karantin rejimi elan edilib.

 Artıq bir aydan çoxdur ki, zəruri ehtiyac olmadan evlərimizi tərk etmirik.

 Bu müddət bizə uzun görünsə də, karantin rejimi bizə bəzi fürsətlər, üstünlüklər də verdi.

 Özümüzü inkişaf etdirə, nə zamandır ertələdiyimiz işlərimizi yekunlaşdıra və sözsüz ki, ailəmizlə birgə daha çox zaman keçirə bildik.

 Övlad sahibi olan ailələr isə bu müddətdə daha çox yorulan tərəf oldular, əgər uşaqlar azyaşlıdırsa, bunu təsəvvür etmək elə də çətin olmaz.

 Modern.az olaraq media nümayəndələrindən övladları ilə necə zaman keçirtdiklərinə dair video göndərmələrini istədik.

 Həmin videoları sizə təqdim edirik. 

 






Fikirlər