TƏRTƏRdə icra başçısına qarşı etiraz aksiyası: Örüş torpaqları zəbt edilib — VİDEO
Tərtər rayonunda etiraz aksiyası keçirilib. "AzerTaym.az"-ın pravda.az-a istinadən xəbərinə görə, aksiya iştirakçıları örüş torpaqlarının zəbt edildiyini bildiriblər. Qeyd olunub ki, şikayət edilsə də, məsələyə baxılmayıb. Onlar bu işdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovu günahlandırıblar. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Qeyd: M.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin bu günlərdə keçirdiyi əməliyyatlardan sonra rayonda ictimai işə cəlb edilən şəxslərin maaş kartlarının özlərinə qaytarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara belə münasibət bildirmişdi: "Bizim rayonda belə hallar ola bilməz. Heç tarixən də olmayıb. Biz heç zaman kasıbın çörəyinə göz dikməmişik, o qabiliyyətdə olmamışıq. Əgər doğrudan da rayonumuzda belə nöqsanlar varsa, o zaman gəlib axtarıb tapacaqlar və biz də qanun qarşısında cavab verəcəyik".